Dünya

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 219 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 4-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 219 862 nəfər yeni koronavirusa yoluxub, 4 278 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 18 142 718, ölənlərin isə 691 013 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 741 727 yoluxma və 365 334 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 425 017, ölənlərin sayı isə 214 238 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 242 656 yoluxma və 47 574 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.



Rəylər