Dünya

Beyrut təbii fəlakət bölgəsi elan edilib

Beyrut təbii fəlakət bölgəsi elan edilib

Livanın paytaxtı Beyrut ötən gün baş verən partlayışdan sonra təbii fəlakət bölgəsi elan edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Livannın Ali Müdafiə Şurasının ölkə prezidenti Meşil Aunun sədrliyi ilə keçirilən təcili iclasından sonra edilən açıqlamada bildirilib.

Açıqlamada deyilir: "Müdafiə Şurası hadisənin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edib, xüsusi komissiyanın hesabatı yaxın beş gün ərzində hazırlanmalıdır".

Ali Müdafiə Şurasının iclasında çıxış edən baş nazir Həsən Diyab bildirib ki, paytaxtda iki həftə müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun limanında güclü partlayış baş verib. Partlayış nəticəsində azı 73 nəfər həlak olub, 3,7 min nəfər isə xəsarət alıb.



Rəylər