Video

Moskvada desantçılarla Milli Qvardiyaçılar arasında dava - VİDEO

Moskvada desantçılarla Milli Qvardiyaçılar arasında dava - VİDEO

Rusiyanın Moskva şəhərinin Qorki parkında Hava Desant Qoşunları gününü qeyd edən desantçılar Milli Qvardiyanın əməkdaşları ilə dava edib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Readovka" teleqram kanalı xəbər verib.

Qeyd edilir ki, davanın səbəbi hələlik məlum deyil.

Xəsarət alanlar və saxlanılanlar var. Onların sayı dəqiqləşdirilmir.

Hadisə yerinə OMON-çular (xüsusi təyinatlı polis dəstəsi) cəlb olunub.



Rəylər