Cəmiyyət

Bakıda orta məktəbdə dəmirkəsən mişar ustanın sifətini kəsdi

Bakıda orta məktəbdə dəmirkəsən mişar ustanın sifətini kəsdi

Bakıda usta orta məktəbdə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, 17 saylı orta məktəbdə baş verib.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfərov İlyamin Elman oğlu həmin məktəbdə təmir işləri görərkən əlindəki dəmirkəsənin daşı qırılıb.

Hadisə nəticəsində İ.Cəfərovun sifətinin sol tərəfi kəsilib.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Rəylər