İdman

Rüfət Dadaşovdan qol ötürməsi

Rüfət Dadaşovdan qol ötürməsi

Almaniya 3-cü Bundesliqasında 15-ci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen" bu turda doğma meydanda Braunşveyq "Ayntraxt"ı ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Dadaşov görüşün 77-ci dəqiqəsində - rəqib hesabda 1:0 öndə olarkən meydana daxil olub. O,  komandasının 86-cı dəqiqədə vurduğu qol zamanı məhsuldar ötürmə ilə yadda qalıb.

Münster klubu hazırda 13 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

pul lazimdir?

Rəylər