İdman

Nazarov 80 dəqiqə oynadı

Nazarov 80 dəqiqə oynadı

Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" səfərdə "Karlsrue" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Start heyətdə meydana çıxan Nazarov 80-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, 13 turdan sonra 20 xalı olan Aue təmsilçisi 18 komanda arasında 5-ci pillədə qərarlaşıb.

pul lazimdir?

Rəylər