Ölkə

Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib

Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib

"İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb".

Milli.Az Trend -ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericiliyə uyğun olaraq, 2000 manat cərimələnib. Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.

H.Əlizadə əlavə edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.

pul lazimdir?

Rəylər