İdman

Şəhriyardan “Qarabağ”ın oyununa şərh - “Hər şey bitdi”

Şəhriyardan “Qarabağ”ın oyununa şərh - “Hər şey bitdi”

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində APOEL-ə uduzaraq növbəti mərhələ şanslarını azaltmasına beynəlxalq qrossmeysterimiz Şəhriyar Məmmədyarov da şərh bildirib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, tanınmış aparıcı Sənan Şəfizadənin paylaşımına şərh yazaraq Ağdam klubunun şanslarını bitirdiyini deyib:

"Sənan, özün də bilirsən ki, əsl idmançı gərək özü-özünü xilas etsin. Başqasının ümidinə qalmaqdansa, 1 saat kitab oxumaq daha faydalıdır. İdmandır, hər şey olur, amma gərək anlayaq ki, hər şey bitdi".

pul lazimdir? -->

Rəylər