Şou-biznes

Namiq Qaraçuxurlu həyatındakı qadınlardan DANIŞDI: Göz yaşlarına inanmıram - VİDEO - FOTO

Namiq Qaraçuxurlu həyatındakı qadınlardan DANIŞDI: Göz yaşlarına inanmıram - VİDEO - FOTO

"Qarşıma çıxan, gözyaşı tökən qadınların əksəriyyəti mənə sonra zərbə vurdular"

XəbərYurd.com Milli.Az-a istinadən xəbər verir ki, bunu Namiq Qaraçuxurlu "Şou ATV"nin efirində bir zamanlar həyatında olan qadınlarla bağlı danışarkən deyib.

Sənətçi daha qadınların gözyaşlarına inanmadığını bildirib. Namiq bunun səbəbini də efirdə ilk dəfə açıqlayıb:

"Şər atdılar, böhtan atdılar. Arxayın oldular ki, mən danışmayacam. Bunları efirdə danışa bilmirəm, ürəyim partlayır. Danışa bilmirəm ki, bəzi qadın dostlarım istədikləri vaxt rahatlıqla efirdə nə istəyirlər deyirlər. Amma mən bu günə kimi onların yanındayam. Bıçaq sümüyə dirənəndə nəsə adam açıla bilər. 

Lazımsız insanları həyatıma çox salmışam. Mən qadın gözyaşlarına inanmıram. Para olan yerdə darışırlar sənin üstünə. Qadın çıxıb qabağıma, bataqlığın içində boğulur. Bu yaşda mən fikirləşirdim ki, filankəsi sevirdim, amma bu gün düşünürsən ki, bəlkə də o başqa bir şey olub - öyrəşmək olub, nə olub... Mən düşünürəm ki, insanın sevdiyi adam onun ailə qurduğu adamdır. Yəni, sən artıq qərara gəlirsən ki, bu adamla ailə qurasan. O artıq sevginin elə bir həddidir ki, o həddə çatanda insanda bu fikir yaranır ki, ailə qurmalıyam. 

Bu gün sizlə çox doğma, yaxın olan qadın sabah sizlə qansız, insafsız bir düşmən ola bilər. Bunu hər zaman düşünün. Ta ki, o xanım sizin həyat yoldaşınız olana qədər. Həyat yoldaşındırsa gələcəkdə qoy o sənin düşmənin olsun. Sənin övladının anasıdır, qoy sənin düşmənin olsun. Ailəli olan adamlar, halbuki, bir çox sirri bir yerdə çiyin-çiyinə bölüşüblər, illər keçib onlar ayrılandan sonra da o qədər də düşmən olmurlar. Elə sirlər var gəlib ora çatanda dayanırlar. Amma o müəyyən ilişki ki, var, o insanlar yox. Onlar üçün ayrılanda müqəddəs heç nə qalmır. Onlar istəyərlər sən öləsən hətta. Mənim həyat təcrübəm bunu göstərdi ki, zamanında bölüşdüyün sirri gəlib sənə qarşı silah kimi istifadə edər. Bütün illərini, enerjini həsr edirsən ona, qaldırırsan onu xanım edirsən və birinci sənə zərbə vurmaq istəyir. Bu mənim həyatımda dəfələrlə oldu. Bacarıblar istifadə ediblər, sonra da belə! Həyat belədir, dünya belədir. İnsanlar xam adam axtarırlar, insanlar insanlardan istifadə eləmək istəyirlər, bitdi!" 

Təhməz Təkin

pul lazimdir? -->

Rəylər