Hadisə

Bakıda qadını videogörüntü ilə şantaj edən şəxs tutuldu

Bakıda qadını videogörüntü ilə şantaj edən şəxs tutuldu

Bakıda qadını şantaj edən şəxs yaxalanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xəzər RPİ-yə müraciət edən 32 yaşlı bir qadın cari ilin mart - aprel aylarında tanışının onun videogörüntülərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 8700 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Abdullayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.



Rəylər