Maraqlı

Bu bölgədə koronavirusun 19 növü yayılıb

Bu bölgədə koronavirusun 19 növü yayılıb

Braziliyanın San-Paulo ştatında mütəxəssislər COVID-19-un azı 19 növünü qeydə alıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Urdu Point" Butantan Tədqiqat İnstitutuna istinadən bu xəbəri yayıb.

Nəşr qeyd edir ki, koronavirusun "Amazon" ştammı "P.1" 89,9 % üstünlük təşkil edir.

İkinci yeri isə 4,2 %-lə "Britaniya" ştammı "B.1.1.7" tutub.

San-Pauloda 46 ​​milyon insan yaşayır. Bura ölkənin ən sıx məskunlaşmış ştatıdır. Ölkədə koronavirusa yoluxma ən çox bu bölgədə qeydə alınıb.



Rəylər