Şou-biznes

Necati Şaşmazla bağlı məhkəmə qərarı açıqlandı

Necati Şaşmazla bağlı məhkəmə qərarı açıqlandı

"Kurtlar vadisi"nin Polad Alemdarı, tanınmış aktyor Necati Şaşmazın boşanma işi yekunlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iki ildən çox davam edən prosesdə bugün hökm oxunub.

İstanbul Ailə Məhkəməsi tərəflərin boşanmasını təsdiq edərək, uşaqların qəyyumluq hüququnu anaları Nagehan Şaşmaza verib. Aktyor üçünsə övladları ilə həftədə bir dəfə olmaqla görüş günləri təyin edilib.

Bununla yanaşı, Necati 7 yaşındakı Ali Nadir və 3 yaşındakı Yusuf Emir üçün ayda 16 min TL( 3 min 220 manat)  aliment ödəyəcək.

Məhkəmə hər iki tərəfin təzminat tələbini rədd edib və ailənin dağılmasında hər birinin günahkar olduğunu qeyd edib.



Rəylər