Dünya

Səudiyyə Ərəbistanı beynəlxalq aviareysləri bərpa edib

Səudiyyə Ərəbistanı beynəlxalq aviareysləri bərpa edib

Mayın 17-dən Səudiyyə Ərəbistanı pandemiyanın geniş yayıldığı 20 ölkə istisna olmaqla, beynəlxalq aviareysləri bərpa edib. Krallığın hökuməti mayın 20-dən başlayaraq ölkəyə gələn vətəndaşları və əcnəbilər üçün yeni şərtləri açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iki dəfə vaksin olunmuş, habelə yeni növ koronavirusa yoluxduqdan sonra sağalmış və 18 yaşına çatmamış şəxslər Səudiyyə Ərəbistanında 7 günlük karantindən azad ediləcəklər. Bundan başqa, 8 yaşından yuxarı şəxslər uçuşdan 72 saat əvvəl keçdikləri COVID-19 üzrə testin neqativ nəticəsini təqdim etməlidirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanına girişi qadağan edilmiş ölkələrin sırasında Hindistan, ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Yaponiya, Fransa və Misir də var.



Rəylər