Maraqlı

Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta testini işə salıb. Sözügedən tətbiq suallar və cavablar servisi kimi təqdim olunur. Bu barədə Techcrunch saytı xəbər verib. Məlumatda qeyd edilib ki, Hotline adlı tətbiq Instagram Live ilə Clubhouse-un qarışığıdır. Tətbiq mətn və ya audio formatında suallar verən auditoriya ilə ünsiyyət qurmaq imkanını verir. Bununla belə ünsiyyəti yaratmış istifadəçi səsli formatda ünsiyyət qurmaqla yanaşı videogörüntünü də aktivləşdirə bilər. Tətbiqdə ekran bir neçə hissəyə ayrılır. Aparıcı ilə olan panel ekranın yuxarı hissəsində və ya saytın sağ hissəsində yerləşir. Aşağı və ya sol hissədə aparıcıya qulaq asan istifadəçilər əks olunurlar.

Test müddəti çərçivəsində sözügedən tətbiqə Twitter hesabı vasitəsilə daxil olmaq mümkündür. Daha sonra tətbiqdəki istifadəçi hesabını SMS vasitəsilə təsdiqləmək lazım gələcək. Bundan əlavə olaraq Hotline tətbiqində istifadəçilər iki hissəyə bölünəcəklər. Sualları vermək imkanına sahib istifadəçilər və yalnız dinləyici kimi iştirak edən istifadəçilər. Tətbiqdə həmçinin istifadəçilər tərəfindən verilmiş sualların siyahısı əks olunacaq. Digərləri isə hər hansı bir sualın lehinə və ya əleyhinə səs verə bilərlər. Aparıcı suallara cavab verməklə yanaşı onları vermiş istifadəçiləri canlı yayıma qoşa bilər. Aparıcı həmçinin sualları və dinləyiciləri silə də bilər. Ünsiyyət prosesinin bitməsindən sonra isə aparıcı yayımın yazısını ya audio ya da video formatda əldə edə biləcək.



Rəylər