Video

Ağdamda gördüyümüz mənzərə vandalizmin canlı təzahürüdür - Milix Yevdayev - VİDEO

Ağdamda gördüyümüz mənzərə vandalizmin canlı təzahürüdür - Milix Yevdayev - VİDEO

Gördüyümüz bu mənzərə insanlıqdan kənar olan elə bir vandalizmin canlı təzahürüdür ki, bu, bəşər dünyasında görünməyən bir şeydir.

Milli.Az bildirir ki, bunu Trend-ə işğaldan azad edilmiş Ağdama səfərdə olan Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev deyib.

M.Yevdayev bildirib ki, buna ərşə çəkilən zülüm deyərlər: "Ona görə də istər Qurani Krimdə, istər müqəddəs Tövratda, istər İncildə deyilir ki, heç kəsin qisası heç kəsdə qalmır və bütün səmavi dinlər təcavüzə təcavüz deyirlər.

Ona görə də Azərbaycan xalqının bugünkü qələbəsi həm də güclü ədalətin qələbəsidir. Ədalət güclü olmasa, qalib gələ bilməz. Güclü ədalətimiz də ordunun, xalqın möhtərəm Ali Baş Komandanla birliyi və dəmir yumruq sayəsində mümkün oldu".



Rəylər