İdman

Messi Superkubok oyununu buraxa bilər

Messi Superkubok oyununu buraxa bilər

"Barselona"nın kapitanı Lionel Messi İspaniya Superkubokunun yarımfinal oyununu buraxa bilər.

XəbərYurd.com Milli.Az-a istinadən bildirir ki, buna səbəb argentinalı superulduzun yüngül zədəsinin olmasıdır.

33 yaşlı ön xətt oyunçusu son məşqdə iştirak etməyib. O, La Liqanın ötən turunda "Qranada" ilə matçda (4:0) əzələlərində narahatlıq hiss etdiyi üçün əvəzlənmişdi.

Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinal mərhələsinin ilk matçında "Barselona" bu gün "Real Sosyedad"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.



Rəylər