İdman

Martin Skrtelin müqaviləsi ləğv edildi

Martin Skrtelin müqaviləsi ləğv edildi

"Başakşəhər" futbolçusu Martin Skrtellə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi ilə 36 yaşlı müdafiəçinin müqaviləsinə qaşılıqlı razılaşma əsasında xitam verilib.

Slovakiyalı oyunçu sol ayağından əməliyyat olunmuş və 6 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı. Bu səbəbdən müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə sözləşmə indidən ləğv edilib.

Qeyd edək ki, Skrtel 2019-cu ildən "Başakşəhər"də çıxış edirdi.

 

Rəylər