Cəmiyyət

İstisu çeşməsinin mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır

İstisu çeşməsinin mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır

Bəzi mənbələrdə Kəlbəcəri "çay üstündə qala" adlandırırlar və bu, onun ölkəmizdə ən yüksək dağ rayonlarından biri olması ilə əlaqədardır. Rayonun yerləşdiyi ərazidə çoxlu şəfalı bulaqlar var. Onlardan biri də füsunkar görkəmi və faydası ilə dünyanın ən faydalı müalicə mərkəzinə çevrilən İstisu bulağıdır. İstisu bulağı zəlzələ nəticəsində yaranıb və çox böyük şəfa ocağı sayılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İstisu bulağından çıxan suyun tərkibində orqanizm üçün çox faydalı olan elektrolitlər və minerallar sayılan litium, sink, maqnezium var. Bu suyun müalicəvi əhəmiyyətini artıran onun temperaturunun 58 dərəcəyə qədər və hər litrində 7 qrama qədər digər lazımlı minerallar və elektrolitlərlə zəngin olmasıdır. İstisu mənbələrindən hər il çıxan 3 milyard 963 milyon litr suyun yalnız 2 milyon litrindən istifadə olunur və qalan hissəsi çaylara axır.

Bir çox xəstəliklərin müalicəsində mühüm rol oynayan İstisu 12 çeşmədən ibarətdir. Maqnezium tərkibinə görə dünyanın ən məşhur su mənbələrindən olan Sloveniyada Roqaşka, Çexiyada Karlovı Varı və Rusiyada Mineralnıye Vodı ərazisində olan mineral sularla müqayisə etmək olar və tərkibinə görə daha zəngindir.



Rəylər