Sağlamlıq

COVID-19-un ən təhlükəli nəticələri AÇIQLANDI

COVID-19-un ən təhlükəli nəticələri AÇIQLANDI

"Koronavirus infeksiyasının ən təhlükəli nəticələri ağciyər zədələnməsi ilə əlaqələndirilir ki, onun da bərpası vaxt tələb edir".

XəbərYurd.com Milli.Az-a istinadən xəbər verir ki, bu barədə virusoloq, Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksey Aqranovski danışıb.

"Ağciyərlərdə ciddi ziyan varsa, bu, kifayət qədər uzun müddət təngənəfəslik və digər xoşagəlməz təsirlərə, hipoksiyaya (oksigen çatışmazlığı) səbəb olacaq. Lakin koronavirusun tənəffüs sisteminə təsirini böyük ehtimalla geri çevirmək mümkündür", - həkim bildirib.

Eyni zamanda mütəxəssis sinir toxumalarına və digər orqanlara virusun zərər verməsi barədə xəbərlərin əlavə təsdiqlənməyə ehtiyac olduğunu qeyd edib:

"Koronavirusun təsirləri barədə daha nə yazmadılar ki... İndi də hər şeyi demək olar, amma təsdiqlənməsini gözləmək lazımdır". (publika.az)



Rəylər