Siyasət

30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi

30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi

Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

Milli.Az bildirir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib:

"Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi".



Rəylər