Dünya

Hindistanda yaşayış evi uçub, ölənlər var

Hindistanda yaşayış evi uçub, ölənlər var

Hindistanın Bxivandi şəhərində (Maxaraşta ştatı) yaşayış evi uçaraq dağılıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, evin uçması nəticəsində 8 nəfər həlak olub, 25 nəfəri dağıntılar altından xilas etmək mümkün olub.

Məlumata əsasən, hadisə yerində xilasetmə işləri davam etdirilir.

Bildirilir ki, dağıntılar altında daha 20-25 nəfər qala bilər.



Rəylər