Dünya

Trampı zəhərləmək istəyən şəxs saxlanılıb

Trampı zəhərləmək istəyən şəxs saxlanılıb

ABŞ prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxs Kanada-ABŞ sərhədini keçmək istəyərkən saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "NBC" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, şəxsiyyəti açıqlanmayan şəxs ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.



Rəylər